Azərbaycanda tikinti sahəsində ixtisaslaşan “AzeSteelCompany” ASC səhmdarlarına 6 mart 2023-cü il tarixdə toplaşacağını bildirib.
Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
FED.az şirkətin elanına istiandən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakılar daxildir:
- əlavə səhm buraxılışı ilə nizamnamə kapitalının artırılması,
- istiqraz buraxılışı,
- Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi və yenidən seçilməsi,
- İdarə Heyətinin üzvlərinin dəyişdirilməsi və yenidən seçilməsi,
- Maliyyə hesabatının təqsdiq edilməsi
- Və digər məsələlər.
Şirkət 2003-cü ildə “Ekspress-C” MMC olaraq təsis edilmişdir. 2021-ci ildə “Express-C” MMC hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Şirkət 2022-ci ildə rebrendinq edərək “AzeSteelCompany” ASC adı altında fəaliyyətini davam etdirir.
Səhmdarları İsmayılov Camaləddin Nurəddin oğlu (68.7396%), Hüseynov Ömər Sahib oğlu (10.0000%), Ağayev Kənan Səxavət oğlu (20.6620%) və Kazımlı Jalə Mirqiyas qızıdır (0.5984%).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür