Bakı Apellyasiya Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 2-2(103)-145/2020 nömrəli icra sənədi əsasında “Savalan”ASC-nin 1107096 ədəd adi,sənədsiz,adlı səhmi 2021-ci il sentyabrın 21-də Bakı Fond Birjası QSC-də bazar qiyməti ilə satışa çıxarılacaqdır.
Bakı Fond Birjası 100 milyon dollarlıq istiqrazları listinqə - Daxil Etdi
FED.az xəbər verir ki, Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvest AZ “QSC İnvestisiya Şirkətinə (ünvan-Bakı şəhəri,Babək prospekti Ə.Quliyev küçəsi 11/31,Babək Plaza, 7-ci mərtəbə, əlaqə telefonu+994(12) 488-05-88) və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.