Bu ilin nəticələrinə görə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 5-6% arası artacağı gözlənilir.
AİB: "Azərbaycanda bu il iqtisadi artım 4,7% təşkil edəcək"
FED.az xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov "ASCO istiqrazları”nın tədavülə buraxılmasına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaynın ÜDM-i artıq 100 mlrd. manatı üstələyir. Ruslan Əlixanov qeyd edib ki, Azərbaycan İnvestisiya Holdinqinin tərkibində olan şirkətlər bu ili mənfəətlə başa vuracaqlar, bir sıra şirkətlər isə rekord göstəricilər nümayiş edəcəklər.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında ölkədə 121,4 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. (Apa)