Bu gündən Rusiya Bankı beynəlxalq hesablaşma və klirinq təşkilatları tərəfindən bloklanan xarici qiymətli kağızlarla birja ticarətini məhdudlaşdırıb.
Eləcə də bax: Rusiya bankı Azərbaycana pul köçürmə xidmətini - İSTİFADƏYƏ VERİB
FED.az Rusiya Bankının yaydığı bəyanata istinadən xəbər verir ki, istisna əsas fəaliyyəti Rusiyada olan xarici emitentlərin qiymətli kağızları olub.
“Rusiya Bankı 30 may 2022-ci il tarixindən etibarən beynəlxalq hesablaşma və klirinq təşkilatları tərəfindən bloklanmış xarici qiymətli kağızların, əsasən Rusiya ərazisində istehsal və təsərrüfat fəaliyyətini həyata keçirən xarici emitentlərin qiymətli kağızları istisna olmaqla, mütəşəkkil ticarətdə dövriyyəsini məhdudlaşdırmaq qərarına gəlib”, - bəyanatda deyilir.
Rusiya Bankı bildirilib ki, tədbir investorların hüquq və mənafelərinin qorunması və risklərinin minimuma endirilməsi məqsədi daşıyır. (Report)