Bu gün günortadan sonra Moskva Birjasında əsas valyutalar 2022-ci ilin martından bəri ən yüksək səviyyələrini yeniləyiblər.
Rublun daha da ucuzlaşacağı, 1 dolların - 100 Rublu Keçəcəyi Gözlənilir
FED.az xəbər verir ki, dollar 95 rublu, avro 104 rüblu keçib.
Ekspertlər rublun kəskin şəkildə zəifləməsini bazarda xarici valyutaya tələb və təklifin balanssızlığı ilə izah edirlər. Onların fikrincə, dolların məzənnəsi 100 rubla çata bilir. Vəziyyəti neftin qiymətinin xeyli qalxması ilə valyuta gəlirlərinin axını ilə yaxşılaşdırmaq olar. (Marja)