Bu gün Rusiyada dolların məzənnəsi bir qədər də bahalaşaraq son 15 ayda ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə olaraq Rusiyada dolların məzənnəsi 89 rublu keçib.
Moskva birjasının məlumatına görə, Moskva vaxtı ilə saat 14:17-də dollar 1,76 rubl və ya 2,% artaraq 89,3 rublu keçib. Rusiyada dolların belə məzənnəsi sonuncu dəfə 15 ay əvvəl - 29 mart 2022-ci ildə olub.
Avronun məzənnəsi isə əvvəlcə 1,9% artaraq 96,9 rubla yüksəlib.
Xatırladaq ki, Rusiyalı bəzi analitiklər dolların bahalaşmasını bəzi şirkətlərin dollara tələbatının kəskin artmasçı ilə izah ediblər: PSB-nin baş analitiki Eqor Jilnikov bildirir ki, bir qədər əvvəl «Maqnit» şirkəti xarici səhmdarlardan öz səhmlərini geri almağa başlayıb və buna görə də onun xarici valyutaya tələbatı artıb.
Bu sövdələşmə çərçivəsində şirkət Moskva birjasında bloklanmış xarici investorlardan öz səhmlərinin 10%-ə qədərini almaq niyyətindədir. RBC Investments bu sövdələşməni təhlil edərək yazıb ki, Magnit-ə qısa müddətdə 22,57 milyard rublluq dollar lazımdır, bu da Rusiya valyutasına təzyiq göstərə bilər.
«BCS World of Investments» analitikləri isə qeyd ediblər ki, texniki təhlil nöqteyi-nəzərindən dolların 92 rubla qədər artım potensialı var: «Amma dollar 90 rubla çatsa, 92-lik həll daha tez keçiləcək».
«Alor Broker» investisiya şirkətinin investisiya konsaltinqinin rəhbəri Aleksey Antonov da deyir ki, «90 rublluq hədəf yaxınlaşır və çox güman ki, əldə olunacaq».
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.