Rusiya şirkətləri beynəlxalq ödənişlərdə Bitcoin və digər rəqəmsal valyutalardan istifadə etməyə başlayıblar.
Rusiya Azərbaycana pul köçürmələrində liderdir
FED.az xəbər verir ki, Rusiyada rəqəmsal maliyyə aktivlərinin (DFA) xarici ticarətdə istifadəsi ilə bağlı sınaqlar davam edir. Bu barədə maliyyə naziri Anton Siluanov dövlət kanalı Russia-24-ə verdiyi müsahibədə məlumat verib.
Nazir bildirib ki, hökumət DFA-lar və Bitcoin vasitəsilə xarici ticarət əməliyyatlarını qanuniləşdirib və bu cür əməliyyatlar artıq tətbiq olunur. O, Rusiyanın bu sistemləri daha da inkişaf etdirməyi və genişləndirməyi planlaşdırdığını qeyd edib.
Siluanov əlavə edib ki, rəqəmsal aktivlər beynəlxalq ticarətdə dollar alternativi kimi istifadə olunacaq. O, xüsusilə Rusiyada hasil olunan Bitcoinin də bu məqsədlə istifadəsinin mümkün olduğunu vurğulayıb.
Nazir həmçinin kriptovalyutaya sərmayə qoymaqdan çəkinməyin vacibliyini xatırladıb. Onun sözlərinə görə, kriptovalyutalar tez gəlir mənbəyi kimi görünə bilər, lakin yatırım üçün daha etibarlı alternativlər mövcuddur.
Qeyd edək ki, Rusiya rəqəmsal maliyyə aktivlərini 2021-ci ildən qanuni olaraq tanıyır.