NASDAQ birjası Rusiyanın bir neçə şirkətinin birja siyahısından – listinqdən çıxarılacağını elan edib.
FED.az xəbər verir ki, söhbət «HeadHunter», «Qiwi», «Yandex» və «OZON» şirkətləridir.
Elan edilib ki, martın 24-dən sonra bu şirkətlər birjadan çıxarılacaq.
Birjanın dərc etdiyi açıqlamalara görə, dörd Rusiya şirkətinin qiymətli kağızlarının delistinqi martın 24-də həyata keçiriləcək. Qeyd olunur ki, şirkətlər qərardan şirkətin qiymətli kağızlarının birjada ticarətə uyğunluğunu nəzərdən keçirən NASDAQ şurasına şikayət edə bilərlər.
Artıq «Yandex» şirkəti bu qərardan şikayət verəcəyini elan edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür