Rusiya Mərkəzi Bankı ölkədəki brokerə xarici müştərilərin adından qiymətli kağızlar satmağı qadağan edən sərəncam verib.
Eləcə də bax: Rus rublu çökür - 1 dollar 118 rubl oldu!
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı fevralın 28-i səhər saat 7-dən etibarən qiymətli kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçılarına bu sərəncam ləğv edilənədək müştərilərin (xarici hüquqi və fiziki şəxslərin) qiymətli kağızların satışı ilə bağlı bütün sifarişlərinin icrasının dayandırılması tapşırılıb. Sənəd tənzimləyicinin sədr müavini tərəfindən imzalanıb.
Brokerlər də əməliyyatların dayandırılması ilə bağlı Mərkəzi Banka hesabat göndərməlidirlər. (Marja)