Rusiya Mərkəzi Bankı dekabrın 14-də keçirilən iclasında uçot dərəcəsini artırıb. FED.az xəbər verir ki, uçot ərəcəsi 0,25% artırılaraq, illik 7,75%-ə çatdırılıb.
Rusiya Bankının bununla bağlı açıqlamasında bildiriir ki, faiz dərəcəsinin artırılması qərarı hazırda yüksək olan inflyasiya risklərinin qarşısını alınmasına yönəlib.
Bankın öz proqnozuna görə, bu ilin sonuna ölkədə inflyasiya 3,9–4,2%-ə çata bilər. Rusiyada istehlak qiymətlərinin artımına gələn ildən 18-20%-lik ƏDV-nin tətbiq ediləcəyi də təsir edir. Əgər belə davam etsə, 2019-cu ildə qiymət artımı 5,-5,5%-ə yüksələ bilər. Rusiya Bankı üçün isə hədəf illik 4%-dir.
Qeyd edək ki, Rusiya Bankı bu il uçot dərəcəsini 2-ci dəfədir yüksəldir. Sentyabrda qəbul edilmiş qərarla uçot dərəcəsi 7,5%-ə yüksəldilmişdi.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.