Rus rubl Qərb valyutalarına qarşı kəskin şəkildə möhkəmlənir.
Eləcə də bax: Rubl manat qarşısında 10%-dən çox - BAHALAŞDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, birjalarda hərracların açılışında dollar 8 rubl (98.02-yə), avro 6,4 rubl (109-a qədər) ucuzlaşıb.
Bank Rusiyanın rəsmi məzənnəsinə görə, ölkədə 1 dollar bu gün 91.7457 rubl olduğu halda, 3 mart üçün 103.2487 rubldur.