Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”nin yeni baş direktoru Riçard Tenq kriptovalyuta bazarının inkişafı, blokçeyn texnologiyaları və rəhbərlik etdiyi şirkətin planlarından danışıb.
FED.az xəbər verir ki, öz bloq yazısında “Binance”nin 160 milyondan çox istifadəçisi qarşısında məsuliyyətini dərk etidyini deyən Riçard Tenq bildirib ki, maliyyə xidmətləri və tənzimləmə sahəsindəki 30 illik təcrübəsi ona kriptovalyuta sənayesinin problemlərini və imkanları yaxşı təhlil etməyə imkan verir. Onun sözlərinə görə, kriptolayuta sahəsi getdikdə dövlət qurumları ilə əməkdaşlığa daha çox diqqət yetirir. Bu, innovasiyaların təşviqi və istehlakçıların müdafiəsi üçün vahid normativ hüquqi bazanın inkişafı üçün vacibdir.
“Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasını heç bir borc, heç bir əsas xərc olmadan idarə etməyə davam edirik və aşağı əməliyyat haqlarına baxmayaraq, sabit gəlirlər və mənfəət əldə edirik. Amma ən əsası, biz qəyyumluq öhdəliklərimizə ciddi yanaşırıq və ehtiyatları hər bir aktiv üçün 1:1 nisbətində saxlayırıq. Aktivləriniz qorunur”, deyə Riçard Tenq kriptovalyuta istifadəçilərinə bildirib.
Web3-ün gələcəyindən danışarkən baş direktor deyib ki, o, blokçeynin potensialına və onun maliyyə xidmətlərinə və beynəlxalq köçürmələrə maneəsiz çıxışı təmin etmək, həmçinin əməliyyat xərclərini azaltmaq qabiliyyətinə inanır: “Mən Web3-ün inkişafı və kütləvi şəkildə mənimsənilməsini davam etdirmək və qabaqcıl maliyyə texnologiyalarına çıxışı təmin edən ekosistem qurmaq niyyətindəyəm. Birgə işləməklə və tənzimləmə sahəsində ə əməkdaşlığa nail olmaqla, biz yeni İnternet üçün bu iddialı vizyonu reallığa çevirə bilərik. İnanıram ki, BƏƏ-nin aparıcı beynəlxalq maliyyə mərkəzlərindən biri olan “Abu Dhabi Global Market”in rəhbəri kimi işlədiyim illər məni bu işə yaxşı hazırlayıb”.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.