Hələ 2011-ci il idi: Harri Potter haqqında yeni film çıxmışdı, restoranlarda hələ iPad-i yox idi... və Bostonda barda oturub hesabı gözləyən 3 cavan söhbət edərkən özləri də bilmədən milyardlıq biznes üçün konsepsiya hazırladılar.
Birja əməliyyatları üçün «Kredit çiyni nədir?» – «Faydalı söhbətlər» - VİDEO
FED.az xəbər verir ki, təqribən 10 bundan əvvəl yaradılan «Toast Inc» startapı restoran proqramı kimi başlasa da, tez bir zamanda sifarişlər, ödənişlər, hədiyyə kartları, mükafat proqramları və s. üçün hər «hamısı bir yerdə» tipli qida satışı üzrə super platformaya çevrildi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. |
«Toast»ın qurucuları Steve Fredette, Aman Narang və Jonathan Grimm, Cambridge, MIT-i bitirdikdən sonra proqram təminatı şirkəti «Endeca»da tanış olmuşdular. 2011-ci ildə «Endeca» şirkəti nəhəng «Oracle» tərəfindən alındıqdan sonra onlar «Toast»a başlamaq üçün şirkətdən ayrıldılar. Grimm, Narang və Fredette əvvəlcə mobil ödənişlər, müştəri loyallığı, promosyonlar və restoranların mövcud POS sistemləri ilə inteqrasiya olunmuş sosial aspektlər üçün mərkəzləşdirilmiş istehlakçı proqramı yaratdılar.
Şirkət POS, onlayn sifariş, hədiyyə kartları, analitika və digər funksiyalar üçün proqramlar ilə tam restoran texnologiyası platformasına çevrildi. İki il sonra şirkət Birləşmiş Ştatlarda 1000-dən çox ticarət obyekti ilə müqavilə bağladı, işçilərinin sayı isə 120-yə çatdı.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (11-15 dekabr,2023)
2013-cü ildə Toast bir neçə Boston menecerindən, o cümlədən «Endeca» şirkətinin keçmiş baş direktoru Stiv Papadan sərmayələr aldı və hazırda şirkət idarə heyətinin üzvü kimi fəaliyyət göstərir.
2015-ci ilin əvvəlində Toast Chris Comparato-nu baş icraçı direktor elan etdi. Comparato əvvəllər Acquia-da "müştəri uğuru" üzrə baş vitse-prezident və «Endeca»da "dünya üzrə müştəri həlləri" üzrə baş vitse-prezident vəzifələrində çalışıb.
Avqust ayında «Toast» iki ildən az müddətdə 1000 müştəriyə imza atdıqlarını və illik 550% artım göstərdiklərini açıqladı. Noyabr ayında Toast restoran texnologiyaları bazarını, həmçinin restoran sahiblərinin problemlərini və üstünlük verilən texnologiya xüsusiyyətlərini təhlil edən ilk restoran hesabatını dərc etdi.
2016-cı ilin yanvar ayında «Toast», əvvəllər Google Ventures və Alphabet şirkəti kimi tanınan «Bessemer Venture Partners» və GV-dən maliyyələşdirilməsində 30 milyon dollar aldı. 2018-ci ilin fevral ayında isə «TripAdvisor» şirkəti «Toast Inc» ilə əməkdaşlığa başladı.
2018-ci ilin iyul ayında şirkət 115 milyon dollar cəlb edərək bazar qiyməti 1,4 milyard dollara yüksəldi. 2019-cu ilin birinci rübündə şirkət 2,7 milyard dollar dəyərində qiymətləndirmə əsasında 250 milyon dollar cəlb edib.
2019-cu ilin iyul ayında «Toast» şirkəti Çikaqoda yerləşən insan resursları və əmək haqqı proqram təminatı şirkəti «StratEx»i satın aldı. Şirkət həmçinin 2019-cu ilin sonuna qədər əlavə 1000 işçi qəbul etdi.
2020-ci ilin fevral ayında «Toast» daha 400 milyon dollar investisiya cəlb etdi. İnvestisiya şərtlərinə əsasən artıq şirkətin bazar dəyəri 4,9 milyard dollar idi.
2020-ci ildə başlanan pandemiya şirkətə kəskin təçir etdi - aprel ayında «Toast» COVID-19 pandemiyası və onun restoran sənayesinə iqtisadi təsiri səbəbindən işçi qüvvəsinin 50%-ni ixtisar etdi. Bunu baxmayaraq noyabr ayında şirkətin bazar dəyəri 8 milyard dollara yaxınlaşmışdı.
22 sentyabr 2021-ci ildə «Toast» şirkəti ilkin kütləvi təkliflə ictimaiyyətə çıxdı – İPO etdi. Onun səhmlərinin qiyməti 40 dollara, bazar dəyəri isə 20 milyard dollara yüksəldi. Bununla da «Toast» 2021-ci ildə Amerika şirkətləri arasında ən böyük İPO edən şirkətlərdən biri oldu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.