Kriptovalyuta bazarında bu gün Bitcoin-in qiyməti 107 883,73 dollar səviyyəsində formalaşıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, son 24 saatda 2,39%, həftə ərzində isə 5,01% azalma qeydə alınıb. Buna baxmayaraq, illik müqayisədə Bitcoin hələ də 15,5% artımla müsbət zonada qalmağı bacarır.
Qeyd edək ki, hazırda Bitcoin-in bazar dəyəri 2,15 trilyon dollar təşkil edir. Son sutka ərzində 60,6 milyard dollar dəyərində Bitcoin alınıb və satılıb. Dövriyyədə isə 19,93 milyon ədəd Bitcoin var.
Ekspertlər bildirirlər ki, yaxın həftələrdə Bitcoin-in qiymətində dalğalanmalar davam edəcək, lakin ilin sonuna doğru yenidən Bitcoin 110 min dollar həddini keçəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.