Bitcoin yenidən 100 min dollarlıq psixoloji həddi keçməkdə çətinlik çəkir. Son günlərdə kriptovalyuta bazarında müşahidə olunan eniş tendensiyası Bitcoin-in də dəyər itirməsinə səbəb olub.
Trampın bəyanatından sonra bitkoin çökdü – YENİ QİYMƏT
FED.az xəbər verir ki, hazırda aparıcı kriptovalyutanın qiyməti 82,582.81 dollar səviyyəsində qərarlaşıb.
Son 24 saat ərzində Bitcoin 4%, son bir həftədə isə 11.09% ucuzlaşıb. Hazırkı bazar dəyəri 1.63 trilyon dollar, gündəlik ticarət həcmi isə 38.13 milyard dollar səviyyəsindədir. Dövriyyədə olan ümumi Bitcoin miqdarı 19.83 milyon BTC təşkil edir.
Bu il ərzində Bitcoin 11.58% dəyər itirib. Analitiklər hesab edirlər ki, qiymət dalğalanmaları investorların ehtiyatlı mövqe tutmasına və bazarda qeyri-müəyyənliyin artmasına səbəb olur. Bitcoin müəyyən anlarda yüksəliş etsə də, 100 min dollarlıq həddi aşmaq üçün kifayət qədər güc tapa bilmir.
Bəzi mütəxəssislər enişin əsas səbəbi kimi makroiqtisadi qeyri-sabitliyi və tənzimləyici qurumların kriptovalyutalara qarşı daha sərt mövqeyini göstərirlər. Digər tərəfdən, gələcəkdə Bitcoin ETF-lərinə marağın artması və böyük institusional investorların yenidən bazara daxil olması vəziyyəti dəyişə bilər. Bununla belə, Bitcoin-in yaxın zamanda 100 min dolları keçib-keçməyəcəyi hələ də açıq sual olaraq qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.