Kriptovalyuta bazarının lideri olan Bitcoin bu həftəyə azacıq enişlə başlayıb.
Tramp "GENIUS" qanununu imzaladı: Kriptovalyuta bazarı üçün nə dəyişəcək?
FED.az xəbər verir ki, bir neçə gün öncə 121 min dollar həddini sınaqlayan rəqəmsal aktiv, bu gün səhər saatlarında 118 364 dollar səviyyəsində ticarət olunur. Bu, son 24 saat ərzində cəmi 0,36% artım göstərsə də, həftəlik müqayisədə 2,46% azalma müşahidə olunur.
Bitcoin-in ümumi bazar dəyəri isə hal-hazırda 2.35 trilyon dollar civarındadır. Son bir gündə bu kriptovalyuta üzrə dövriyyə həcmi 60.6 milyard dolları keçib. Hazırda dövriyyədə olan Bitcoin-lərin ümumi sayı isə 19.89 milyon BTC təşkil edir.
Əlavə olaraq, ilin əvvəlindən bu yana Bitcoin-in ümumi qiymət artımı 26.73% olub. Bu isə o deməkdir ki, rəqəmsal valyuta hələ də uzunmüddətli yatırımçılar üçün pozitiv trayektoriya saxlayır.
Bitcoin-də bu cür enişlər tez-tez baş versə də, ümumi tendensiya hələ də irəliləyiş istiqamətindədir. Analitiklərin fikrincə, qiymət qısa müddətli düzəlişlərlə 115-117 min dollar aralığında dəstək axtarışına çıxsa da, 121 min dollarlıq səviyyəyə yenidən yüksəliş potensialını saxlayır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.