Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma qeyd alınıb.
FED.az xəbər verir ki, aprelin 12-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 92-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 108 dollar və ya 1,5% bahalaşaraq 6954 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 133 dollar və ya 1,9% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 19 dollar və ya 4,5% bahalaşaraq 434 dollar olub.
Son həftə ərzində isə Etherium 54 dollar və ya 14,2% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma EOS-da(42,72%), ən çox ucuzlaşma isə ReddCoin-da(6,22%) müşahidə olunub.
Rəqəmsal pullar yenə bahalaşdı – QİYMƏTLƏR
09:33
12 Aprel 2018