Kriptovalyuta bazarlarında son günlər müşahidə olunan eniş tendensiyası Bitcoin-in dəyərinə də təsir edib.
"Qızılın qiyməti 2026-da 5000 dollara, 2030-da 10000 dollara çata bilər"
FED.az xəbər verir ki, hazırda dünyanın ən iri rəqəmsal aktivinin qiyməti 108 868 dollar səviyyəsinə qədər geriləyib. Bu, əvvəlki günlə müqayisədə 1,9% azalma deməkdir. Həftəlik göstəricilərə əsasən isə Bitcoin-in dəyəri təxminən 10,1% ucuzlaşıb.
Qeyd edək ki, hazırda Bitcoin-in bazar dəyəri 2,17 trilyon dollar təşkil edir. Son sutka ərzində 85,8 milyard dollar dəyərində Bitcoin alqı və satqısı baş tutub. Hazırda bazarda dövriyyədə olan (yəni insanların alıb-sata bildiyi) Bitcoin sayı 19,93 milyon səviyyəsindədir.
Ümumi azalmaya baxmayaraq, Bitcoin ilin əvvəlindən bu günə qədər 16,6% artım nümayiş etdirib. Analitiklərin fikrincə, bu göstərici kriptovalyutanın uzunmüddətli dövrdə sabitliyini qoruduğunu göstərir, baxmayaraq ki, qısamüddətli bazar dəyişkənliyi davam edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.