“REGİONAL” Bank Olmayan Kredit Təşkilatı özünün buraxdığı və AZ2003023408 beynəlxalq eyniləşdirmə kodu ilə Dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 500 manat olmaqla, ümumi sayı 840 ədəd, ümumi məbləği 420 min manat təşkil edən, illik 15% faiz gəlirliyi olan korporativ istiqrazlarını tam şəkildə, uğurla yerləşdirmişdir.
FED.az BOKT-a istinadən xəbər verir ki, buraxılmış istiqrazlar üzrə nəzərdə tutulmuş faiz (kupon) ödənişləri aylıq şəkildə aparılacaqdır.
Yerləşdirmənin anderrayteri qismində “XalqKapital” İnvestisiya şirkəti çıxış etmişdir. Qiymətli kağızlar fiziki şəxs olan 8 investor tərəfindən alınmışdır. Cəlb olunmuş vəsaitlərin mikrokreditlərə, o cümlədən yaşıl kreditlərə yönəlməsi nəzərdə tutulur. Şirkətdən verilən məlumata görə, BOKT 2025-ci ildə özünün yeni istiqraz emissiyalarını planlaşdırır.
«REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur.
BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.