“REGİONAL” Bank Olmayan Kredit Təşkilatından verilən məlumata əsasən, təşkilatın İSİN AZ2004023407 Dövlət Qeydiyyat nömrəli istiqrazları üzrə növbəti aylıq kupon ödənişlərini həyata keçirəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kupon ödənişlərinin tarixi hər ayın 24-ə təsadüf edir. Təsdiq olunmuş emissiya prospektinin 3.5 bəndinə əsasən ödəniş tarixi qeyri iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü ödənilir.
Qeyd olunanlar nəzərə alınaraq, cari faiz ödənişləri həmin investorlara 2026-cı ilin 26 yanvar tarixində Azərbaycan Milli Depozit Mərkəzi vasitəsi ilə onların bank hesablarına köçürüləcəkdir. Kupon ödənişinin aylıq məbləği 13 333.33 AZN təşkil edir.
Qeyd edək ki, “REGİONAL” BOKT MMC-nin hər birinin nominal dəyəri 100 AZN olan və ümumi həcmi 1 milyon olan istiqrazlarının yerləşdirilməsi 24 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında baş tutmuşdur. İstiqrazların illik gəlirliyi 16% təşkil edir.











