"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 2 milyard 53 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 723 milyon manat və ya (6,2 dəfə) artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 16,3 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 222,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 1,81 milyard manat olub. Səhm əməliyyatları isə həyata keçirilməyib.
Cari dövrdə «Xalq Kapital»ın dövriyyə artımının əsas səbəbləri korporativ istiqrazlar və repo əməliyyatları olub. Korporativ istiqrazlar üzrə dövriyyə 218 milyon manat və ya təxminən 50 dəfə artıb ki, bu da rekord sıçrayışdır. Repo əməliyyatları isə 1,69 milyard manat və ya14,9 dəfə yüksəlib.
Lakin dövlət istiqrazları üzrə dövriyyə 24 milyon manat (-25 dəfə), ARMB qiymətli kağızları üzrə dövriyyə isə 162,1 milyon manat olmaqla (10,9 dəfə) kəskin azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «Xalq Kapital»ın əməliyyatlarının sayı 93 ədəd (93,9%) artımla 192-ə bərabər olub.











