"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-sentyabr ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 2 milyard 703 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 257,3 milyon manat və ya 11% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 77,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 347,4 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 626,3 milyon manat, səhmləri üzrə dövriyyəsi 862,2 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 651 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə dövriyyəsi 2,2 dəfə (187,7 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 88% (293,8 milyon manat), səhmlər üzrə dövriyyəsi 517,2 min manat (2,5 dəfə), repo əməliyyatları üzrə dövriyyəsi 9% (133,9 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 3 123 ədəd və ya 11% artaraq 5 min 993-ə yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.