22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında "UniBank KB” ASC-nin 20 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az Birjaya istinadən xəbər verir ki, istiqrazlara 23 investor 23 sifariş təqdim edib. İstiqraz buraxılışının tam məbləği yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: "UniBank KB” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2016002027
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazların sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 20 000 000 manat
Hərrac qiyməti: 100 manat
İllik gəlirlilik faizi: 11.5%
İstiqrazların reallaşdırılmış həcmi: 20 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 20 000 000 manat
İnvestor sayı: 23
Sifariş sayı: 23
Ödəmə Periodu: ildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir
Tədavül müddəti: 36 ay
İstiqrazılarn ödəmə tarixi: 22.10.2027
Anderrayter: Unicapital İ.Ş.