Bakı Fondu Birjası (BFB) 2026-cı ilin yanvar-sentyabr ayları üzrə üzrə əməliyyatların sayına görə ən aktiv üzvlərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BFB öz üzvlərinin aktivliyini – broker, anderrayter və marketmeyker fəaliyyəti sahəsində aktivliyə (əqd və emitent saylarına) görə müəyyən edir.
Birjanın açıqladığı rəqəmlər göstərir ki, hesabat dövründə BFB-nin ən aktiv üzvü «Troni İnvestisiya Şirkəti» QSC olub. Belə ki, «Troni» birjanın müəyyənləşdirdiyi 3 əsas meyar üzrə bütün siyahılarda ilk 3-lükdə yer alan yeganə şirkətdir.
İlk 9 ayda Birjanın ən aktiv brokerləri «ABB İnvest» (broker fəaliyyəti üzrə 15 173 əqd), «Paşa Kapital» (7 743 əqd) və «Troni» (7 537 əqd) investisiya şirkətləri olub.
Yanvar-sentyabr aylarında «Troni» şirkəti Birjanın ən aktiv anderrayterləri 3-lüyünə də daxil ola bilib. Belə ki, aktiv brokerlərin siyahısında «Paşa Kapital», «Unicapital», «Troni» və «İnvest-AZ» şirkətləri yer alıb.
Hesabat dövründə «Paşa Kapital» - 7 emitentə, «Unicapital» və «Troni» hərəyə 5 emitentə, «İnvest-AZ» isə 3 emitentə anderrayter xidmətləri göstərib.
Bakı Fond Birjasının ən aktiv market meykerlərinin siyahısına isə böyük fərqlə «Troni» başçılıq edir. Belə ki, bu dövr ərzində «Troni» investisiya şirkəti tərəfindən marketmeyker qismində rekord həddə – 6709 əqd həyata keçirilib. Təkcə sentyabrda marketmeyker əqdlərinin sayı 1000-ə yaxın artıb.
Marketmeykerlərin ilk 3-lüyündə ölkənin aparıcı investisiya şirkətləri olan «İnvest-Az» və «Paşa Kapital» da yer alıb.
«İnvest-AZ» şirkəti tərəfindən marketmeyker olaraq 1 282 əqd, «Paşa Kapital» şirkəti tərəfindən isə 1 161 əqd reallaşdırılıb.









![[red]"TRONİ" şirkəti[/red] Bakı Fond Birjasının ən aktiv üzvü oldu -[red] SİYAHI[/red] | FED.az](/upload/news/small/2756299.jpg)
![[red]"TRONİ" şirkəti[/red] Bakı Fond Birjasının ən aktiv üzvü oldu -[red] SİYAHI[/red] | FED.az](/upload/news/small/1971128.png)
![[red]"TRONİ" şirkəti[/red] Bakı Fond Birjasının ən aktiv üzvü oldu -[red] SİYAHI[/red] | FED.az](/upload/news/small/843212.png)
![[red]"TRONİ" şirkəti[/red] Bakı Fond Birjasının ən aktiv üzvü oldu -[red] SİYAHI[/red] | FED.az](/upload/news/small/1407754.png)








