30 iyun 2024-cü ildə "Sumqayıt Aşqarlar" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-dan 10:00-dək aparılır, yığıncaq saat 10:00-da başlanacaq.
Ümumi yığıncağın gündəliyinə daxildir:
1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat
2. Cari məsələlər
Əlaqə telefonu: (051) 873-40-13