"Sizin Lombard" şəbəkəsinin sahibi olan “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir .
SOCAR istiqrazı sahiblərinin qazancı - 6 MİLYON DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, 3 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 400 min ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 400 ədəd, hər birinin nominal dəyəri 1000 dollar, faiz dərəcəsi 15%-dir.
5 may 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 400 min ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.