15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin AZ2005003556, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 10 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 2 il , nominal dəyəri 100 manat olan, rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0408 (10.5999%) manat və 100.0000 (9.5%) manat olan 7 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 9.5%, faiz ödəniş dövrü isə hər 3 (təqvim) aydan bir (İl 360 gün, ay 30 gün) təşkil edir.
İstiqrazların kəsmə qiyməti 98.0408 (10.5999%) manat, orta ölçülmüş qiyməti isə 99.4741 (9.7927%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10 milyon manat, nominal qiymətlə yerləşdirilmiş həcmi də 10 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 15 may 2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.