18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
FED.az xəbər verir ki, 15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| 
			 Dövlət qeydiyyat nömrəsi – İSİN  | 
			
			 İstiqrazların növü və forması  | 
			
			 İstiqrazların sayı  | 
			
			 Nominal Dəyəri  | 
			
			 İllik faiz dərəcəsi  | 
			
			 Ödəmə periodu  | 
			
			 
 
 Hərrac tarixi  | 
			
			 Tədavül müddəti  | 
		
| 
			 AZ2005003556  | 
			
			 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar  | 
			
			 100 000 (ədəd)  | 
			
			 100 manat  | 
			
			 9.5%  | 
			
			 Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)  | 
			
			 
 15.05.2024  | 
			
			 2 il  | 
		
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.




                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







