"Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2025-ci ilin yanvar ayı üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 282 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 milyon manat və ya 46,9% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 18,1 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 157,7 milyon manat, səhmləri üzrə dövriyyəsi 113,4 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 106,2 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə dövriyyəsi 60,6% (6,8 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 2,6 dəfə (96,1 milyon manat), repo əməliyyatları üzrə dövriyyəsi 21% (18,4 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 651 ədəd və ya 5,2 dəfə artaraq 806-a yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.