"PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin rəhbərliyi yenidən formalaşdırılıb.
FED.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Şirkətin Mətbuat xidmətinin rəhbəri Gülşən Cumayeva bildirirb.
Onun sözlərinə görə, "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-də İdarə Heyəti artıq ləğv olunub, tək başına icra orqanı kimi İcraçı direktorluq yaradılıb.
İsi Mustafayev Baş İcraçı direktor, Elnur Fətullayev Baş İcraçı direktorun müavini təyin edilib.
Qeyd edilib ki, artıq "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin yeganə səhmdarı “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding"idir.














