2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi və əməliyyatlarının həcmi açıqlanıb.
FED.az xəbər verir ki, şirkətin ümumi əməliyyat həcmində ciddi artım müşahidə olunub.
Hesabat dövründə "PAŞA Kapital"ın cəmi əməliyyatlarının həcmi ötən illə müqayisədə 66,6% və ya 17 milyard 885 milyon 289 min manat artaraq 44 milyard 719 milyon 984 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 26 milyard 834 milyon 695 min manat idi.
Dövriyyənin ən böyük hissəsini təşkil edən Repo əməliyyatları 73,6% və ya 12 milyard 756 milyon 444 min manat artaraq 30 milyard 88 milyon 76 min manat təşkil edib.
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) üzrə əməliyyatların həcmi 78,4% və ya 5 milyard 364 milyon 495 min manat artaraq 12 milyard 209 milyon 602 min manata çatıb.
Korporativ istiqrazlar bazarında şirkətin dövriyyəsi 29,3% və ya 376 milyon 560 min manat artaraq 1 milyard 660 milyon 369 min manat olub.
Səhmlər üzrə əməliyyatların həcmi 68,1% və ya 1 milyon 976 min manat artaraq 4 milyon 877 min manat təşkil edib.
Mərkəzi Bankın notları (ARMB qiymətli kağızları) üzrə əməliyyatlar 757 milyon 60 min manata enib.
Cəmi əməliyyatların sayı ötən illə müqayisədə 25,2% və ya 1 756 əqd artaraq 8 722 əqd olub. Ötən il bu rəqəm 6 966 idi.










