«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 31%-dən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkətin birja dövriyyəsi 26,8 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 6,4 milyard manat və ya 31,4% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 1,36 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 6,8 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1,3 milyard manat, repo əməliyyatları üzrə dövriyyəsi 17,3 milyard manat, səhmlər üzrə dövriyyəsi isə 2,9 milyon manat olub.
İllik müqayisədə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin diövlət istiqrazlarının dövriyyəsi 1,4 milyard manat (26,8%), korporativ istiqrazlarının dövriyyəsi 3,3 dəfə (896,5 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 39,7% (4,9 milyard manat), səhmlər üzrə dövriyyəsi 18,9% (461 min manat) artıb.
Ötən il ərzində «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 395 ədəd və ya 6% artaraq 6 966 -a yüksəlib.