«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında şirkətin birja dövriyyəsi 18 milyard 655,4 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 9 milyard 421,6 manat və ya 2 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 41 milyon 753,4 min manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,1 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 786,4 milyon manat, səhmlər üzrə dövriyyəsi 4,4 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 14 milyard 722,5 milyon manat olub.
Cari dövrdə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 388 min manat (81,1%), korporativ istiqrazları üzrə dövriyyəsi 502,3 milyon manat (2,8 dəfə), səhmlər üzrə dövriyyəsi 3,2 milyon manat (3,6 dəfə), repo əməliyyatlarının dövriyyəsi 2,4 dəfə (8 milyard 465,6 milyon manat) artıb.
İlk 4 ayın nətciələrinə görə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 350 ədəd (15,3%) artımla 2 min 637-yə bərabər olub.