Paşa Kapital işçilərin sayını artırır. Paşa Kapital böyüyür, peşəkar komandamızı da böyütməyi düşünürük.
FED.az xəbər ki, bunu 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında “PAŞA Capital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev bildirib.
O bildirib ki, ötən il “PAŞA Kapital”ın işçilərinin sayı 23 nəfər artaraq 52 nəfərdən 75 nəfərə yüksəlib.
Hazırda isə şirkətin işçilərinin sayı 83 nəfərdir: “İlin sonunda əməkdaşlarımızın sayı 90-100 nəfərə çatacaq", - deyə direktor qeyd edib.
Onun sözlərinə görə bununla əlaqədar olaraq 2024-cü ildə əməkhaqqı üzrə xərcləri 1 milyon manatdan çox artıb.
"Ötən il işçilərlə bağlı xərclər 1 milyon manatdan çox artaraq 3 milyon 91 manata çatıb. 2023-cü ildə isə bu rəqəm 2 milyon 59 min manat olub. İşçilər üzrə xərclər bir il ərzində 50% artıb", - deyə Ceyhun Hacıyev vurğulayıb.