Ölkənin kapital bazarlarının inkişafında xüsusi rola sahib olan və bu sahədə illərdir liderlik mövqeyini qoruyan "PAŞA Kapital", ölkənin aparıcı bankı "Kapital Bank" ASC-nin 50 milyon dollar dəyərində istiqrazların 30 milyon dollar həcmində 1-ci tranşı üzrə abunə yazılışı elan edir.
İstiqrazların xüsusiyyətləri:
- Nominal dəyər: 100 ABŞ dolları
- Gəlirlilik faizi: İllik 7%
- Ödəniş müddəti: Aylıq
- Tədavül müddəti: 7 il
- Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş, subordinasiya istiqrazları
İnvestisiya dünyasına yeni addım atmaq və ya mövcud investisiya portfelini daha da genişləndirmək istəyənlər üçün "Kapital Bank" ASC-nin istiqrazlarına abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinədək davam edəcək. İstiqrazların buraxılması ilə əlaqədar baza emissiya prospekti, habelə istiqrazların buraxılışına dair digər şərtlərlə buradan tanış ola bilərsiniz.
Bakı Fond Birjasında kütləvi abunə yazılışı üsulu ilə həyata keçiriləcək bu yerləşdirmə investorlara dollarda yüksək gəlir əldə etmək üçün geniş imkan yaradır. Qeyd edək ki, istiqrazlar üzrə yerləşdirmə 26 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Emissiyanın anderrayteri qismində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edir. Bu investisiya imkanından faydalanmaq istəyən investorlar PAŞA Kapital şirkətinin aşağıdakı onlayn müraciət platforması vasitəsilə abunə yazılışına qoşula bilər:
https://www.pashacapital.az/trading/kapitalbank
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.