Bakı Fond Birjası bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin korporativ istirqazları üzrə dövriyyəsi 1 mlrd. manatdan çoxdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 1,2 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“Assist Finance İnvestisiya Şirkəti” korporativ istiqrazları üzrə dövriyyəsi 992,8 milyon manat ilə ikinci yerdə olub.
“Unicapital İnvestisiya Şirkəti” 765,4 milyon manatla ilk üçlüyə daxil olub.
Ən aşağı göstərici “MFX Trading İnvestisiya Şirkəti”ndə (340,6 min manat) qeydə alınıb.