Ümumilikdə qeyd edildiyi kimi, cənab Prezidentin 31 avqust 2023-cü il tarixli sərəncamından irəli gələrək bəzi dövlət şirkətlərinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər planı nəzərdə tutulur. ABB bank da bu, dövlət qurumlarının arasında idi. ABB-yə özəl investisiyaların cəlbi məhz kütləvi üsulla emissiya şəklində həyata keçiriləcəkdir.
Abbas İbrahimov: "ABB Bankın 322 milyon səhmi satışa çıxarılıb"
FED.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, 322 milyon ədəd yeni səhm emissiya ediləcəkdir. Məqsədimiz odur ki, böyük özəl investorlar əvəzinə daha çox kiçik investorları bankımıza səhmdar kimi cəlb edək. Əsas məqsədimiz odur ki, biz kiçik səhmdarları öz bankımıza səhmdar kimi cəlb edək. 75000 səhm ədəd olaraq qeyd olunurdu. Bu isə nominal qiymətlə, yəni bankımızın səhminin bir ədədinin nominal qiyməti 27 qəpikdir. Hesablama ilə bu 20250 manat edir. Nominal o deməkdir ki, bir investor minimal olaraq 27 manat, yəni 100 ədəd səhm, maksimal olaraq isə 20250 manat nominal dəyəri olan 75000 ədəd səhm sifarişi verə biləcəkdir. Bu müddət ərzində qeyd edildiyi kimi bu gündən etibarən abunə yazılışlarına start verilibdir. Abunə yazılışları ABB platforması vasitəsilə artıq edilə bilər.
Eyni zamanda bizim filiallarımıza, ABB-nin filiallarına müraciət edilə bilər. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin hər biri ABB-nin yeni emissiyada olan səhmlərinin abunə yazılışı üçün açıqdır. ABB İnvest və digər investisiya şirkətləri səhmdarlara bu istiqamətdə xidmət göstərməyə hazırdırlar.
ABB sədrinin sözlərinə görə, yeni emissiya edilən 322 milyon səhmin özəl investorlara satılması nəzərdə tutulur. Bu da o deməkdir ki, emissiya olunan bütün səhmlər tam yerləşdirildikdən sonra üç ay ərzində özəl investorların bizim nizamnamə kapitalındakı payı 10 faizədək artacaqdır. Bu da o deməkdir ki, dövlətin payı 90 faizə qədər azalacaqdır, amma emissiya prosesindən sonra dövlətimiz əsas səhmdar kimi qalacaqdır.
Sərəncamın məqsədlərindən irəli gələrək məqsədimiz odur ki, daha çox Azərbaycan vətəndaşlarının bankın idarə edilməsində, səhmdar kimi inkişafda iştirakının genişləndirilməsi, eyni zamanda, bankın korporativ idarəetmə standartlarının genişləndirilməsi və ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Burada iri investorların cəlb edilməsi nəzərdə tutulmur. Qeyd edildiyi kimi maksimum limitlər qoyularaq daha çox kiçik pay sahibi olanları cəlb etmək istəyirik və düşünürük ki, daha çox Azərbaycan vətəndaşı investorlar olacaqdır. Amma xarici investorlar da kiçik həcmdə pay sahibi olmaq niyyətində olsalar, bankımızda məmnuniyyətlə onlara da xidmət göstəriləcək.
Hal-hazırda menecment kimi biz bu qərarın icrası ilə məşğuluq. Gələcəkdə təbii ki, yeni qərarlar ola bilər. Bu gün isə qeyd olunduğu kimi, yeni emissiya olunan 322 milyon səhmin nominal qiymətlə təxminən 86 milyondan bir az artıq məbləğdir, 87 milyona yaxın məbləğdir. Bununla da qeyd olunduğu kimi, özəl investorların nizamnamə kapitalındakı payı təqribən 10 faizədək olacaqdır.
Qeyd edim ki, altı ildir ki, ABB ardıcıl olaraq səhmdarlarına dividend ödəyir və ardıcıl olaraq bu dividendin həm mütləq mənada, həm nisbi mənada, yəni gəlirliyə nisbəti olaraq artımı olubdur. Son altı ildə təbii ki, bankımız daha da inkişaf etdikcə, daha da gəlirli olduqca, müsbət mənada səhmdarlarımıza bölüşdürən dividendin də artırılması və dolayısıyla ümumilikdə 15 faizdən az olmamaqla dividend gəlirliyini təmin etmək hədəfimizdir.
Bank sədrinin sözlərinə görə, ABB-nin tam özəlləşdirilməsi gündəmdə deyil. Amma qeyd etdiyim kimi, bu, səhmdarların verdiyi qərardır. Bu gün gündəmdə olan bizim yeni kütləvi səhmlərin emissiya edilməsi və bu məbləğdə emissiya edilməsidir. Bu gün gündəmdə hansısa özəl investor vasitəsilə özəlləşdirmə yoxdur. Amma deyə bilərik ki, sağlamlaşdırma tam başa çatıb. Həm maliyyə sağlamlaşdırılması, həm kadr potensialının gücləndirilməsi, həm risklərin idarə edilməsi sahəsində yeniliklər baş verib və hesabatlarımızdan da izlədiyiniz kimi, ABB son bir neçə ildir dayanıqlı fəaliyyətini davam etdirir, kapitalı güclənir, mənfəəti artır, rəqabət qabiliyyəti artır. Bizim əsas səhmdarımız dövlətdir, ancaq biz kommersiya bankıyıq və özümüz kommersiya fəaliyyətimizi, rəqabətli fəaliyyətimizi bazarda davam etdiririk. Bu da təbii ki, səbəb olur ki, biz səhmdarlara artıq cəlbedici bir şirkət kimi varıq.
Gələcəkdə proqnoz olaraq mənfəətliyimizin bir qədər yüksəlməsi nəzərdə tutulur. Bilirsiniz, son ildə ABB Qrup olaraq beynəlxalq mühasibatlıq uçotuna görə 380 milyon manat xalis mənfəət əldə edib, vergilərdən sonra bu da kifayət qədər böyük və ABB-nin tarixində, restruktasiya dövründəki formal mənfəəti istisna etsək, ən yüksək mənfəətdir və bu mənfəəti qoruyub saxlamağı və artırmağı nəzərdə tuturuq. Çünki hər gün müştəri sayımız durmadan artır. Həm ritel müştərilər, pərakəndə müştərilər, həm korporativ müştərilərimizin sayı artır və ABB-də səmərəlilik ön plandadır. Bizim işimizdən biri də işimizi daha səmərəli qurmaqdır. Bu da dolayısıyla bizi daha effektiv bank halına gətirir. Dolayısıyla mənfəətliliyimiz və səhmdarlara verəcəyimiz dəyərlər, ötürəcəyimiz dəyərlər hər il getdikcə artır, bundan sonra da daha yaxşı olacaqdır.
"ABB-nin əsas səhmdarı qeyd etdiyim kimi, dövlətdir. Son beş il ərzində səhmdarına və səhmdara dividend olaraq və üstəgəl vergi və digər ödənişlər olaraq 1,3 milyard manata yaxın ödənişlər edib. Bu da o deməkdir ki, ABB-nin köhnə respukurasiyadan qalma tarixçəsi artıq köhnədə qalıbdır. ABB bu gün gəlirli, mənfəətli və sağlam bir bankdır və dövlət şirkətidir" - deyə ABB Bankın sədri vurğulayıb.