23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Optimal Elektronika" MMC -nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: "Optimal Elektronika" 2,5 milyon manat borc alır- İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki, 2,5 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirib.
BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək "Optimal Elektronika"-in MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.