Kaliforniyada yerləşən çip istehsalçısı "Nvidia" bazar dəyərinə görə Microsoft-u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.
Vaxtında ağıllı tərpənib "Nvidia"nın səhmini 5-10 dollara alıblar – İNDİ QİYMƏTİ 1300 DOLLARDIR
FED.az xəbər verir ki, iyunun 18-də "Nvidia"nın Nasdaq Birjasında satılan səhmləri 3 faizdən çox dəyər qazanaraq bir səhm üçün 135,96 dollara yüksəlib. Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb.
Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti olub. "Nvidia"nın səhmləri süni intellekt çiplərinə tələbat artmaqda davam etdiyi üçün ilin əvvəlindən 173 faizdən çox dəyər qazanıb.
Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçmişdi.