Beynəlxalq fond bazarlarında şirkətlərin səhmlərinin qiymətləri gündəlik olaraq müxtəlif faktorların təsiri altında dəyişir. İnvestorların gözləntiləri, iqtisadi xəbərlər, maliyyə hesabatları və makroiqtisadi göstəricilər bu dalğalanmalara səbəb olur.
Kripto bazarında dalğalanma davam edir - BİTCOİN UCUZLAŞDI
FED.az xəbər verir ki, son ticarət sessiyasının nəticələrinə əsasən, böyük texnologiya və maliyyə şirkətlərinin səhmlərində ciddi enişlər müşahidə olunub.
Göstəricilərə görə, ən çox dəyər itirən səhmlərdən biri NVIDIA olub. Şirkətin səhmləri 5,74% azalaraq 110,57 dollara düşüb. Bununla yanaşı, Tesla da böyük ucuzlaşma göstərib – səhmlərinin qiyməti 5,61% enərək 263,45 dollara qədər geriləyib. Meta Platforms da 4,35% dəyər itirib və 627,93 dollara düşüb.
Digər tərəfdən, bazarda ən çox bahalaşan səhmlər Johnson & Johnson-a məxsusdur. Şirkətin səhmləri 0,43% dəyər qazanaraq 165,83 dollara çatıb. Bu, səhmlər arasında yeganə müsbət dinamikanı göstərən göstəricidir.
Ümumilikdə, bazarda mənfi tendensiya üstünlük təşkil edib və aparıcı şirkətlərin səhmləri əsasən ucuzlaşıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
235,33 |
-0,17 |
2 |
Amazon.com |
200,70 |
-3,68 |
3 |
Meta Platforms |
627,93 |
-4,35 |
4 |
Berkshire Hathaway |
497,84 |
-0,13 |
5 |
Visa |
344,16 |
-2,42 |
6 |
Johnson & Johnson |
165,83 |
+0,43 |
7 |
Microsoft |
396,89 |
-1,03 |
8 |
Alphabet (Google) |
174,21 |
-0,45 |
9 |
Tesla |
263,45 |
-5,61 |
10 |
NVIDIA |
110,57 |
-5,74 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.