ABŞ fond bazarlarında son ticarət sessiyası qarışıq nəticələrlə yadda qaldı.
Qızılın qiyməti dörd minlik zirvədən geri çəkildi - DETALLAR
FED.az xəbər verir ki, Meta Platforms günün ən çox bahalaşan səhmi oldu. Şirkətin dəyəri +2,18% artaraq 733,51 dollar həddinə yüksəldi. NVIDIA da güclü artım göstərərək +1,83% bahalaşıb və 192,57 dollar səviyyəsinə çatıb.
Amazon +1,12% artımla 227,74 dollara, Johnson & Johnson isə +0,73% yüksəlişlə 191,08 dollara qədər qalxdı.
Əksinə, Apple -1,56% ucuzlaşaraq 254,04 dollara, Visa -1,23% düşərək 347,04 dollara gerilədi. Alphabet (Google) -1,32% dəyər itirərək 242,21 dollara, Tesla isə -0,72% azalma ilə 435,54 dollara endi. Berkshire Hathaway də -0,62% itki ilə 496,74 dollara düşdü.
Ümumi mənzərəyə baxdıqda, 10 iri şirkətdən 4-ü günü artımla başa vurub, 6 şirkət isə dəyər itirib.
Daha detallı aşağıdakı cədvəldə :
| Sıra | Şirkət Adı | Səhmin Bağlanış Qiyməti ($) | Gündəlik dəyişiklik (%) | 
| 1 | Apple | 254,04 | -1,56 | 
| 2 | Amazon.com | 227,74 | +1,12 | 
| 3 | Meta Platforms | 733,51 | +2,18 | 
| 4 | Berkshire Hathaway | 496,74 | -0,62 | 
| 5 | Visa | 347,04 | -1,23 | 
| 6 | Johnson & Johnson | 191,08 | +0,73 | 
| 7 | Microsoft | 522,40 | -0,47 | 
| 8 | Alphabet (Google) | 242,21 | -1,32 | 
| 9 | Tesla | 435,54 | -0,72 | 
| 10 | NVIDIA | 192,57 | +1,83 | 
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








