"Masdar Azərbaycan Enerji" MMC Azərbaycanda "yaşıl maliyyəşdirmə" və "yaşıl istiqraz" bazarının aktivləşdirilməsi təşəbbüslərinin bir parçası olmaq niyyətindədir.
FED.az xəbər verir, bunu şirkətin meneceri Murad Sadıqov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" mövzusunda dəyirmi masanda bildirib.
"Son dövrlərdə Azərbaycanın "yaşıl maliyyəşdirmə" və "yaşıl istiqraz" bazarının aktivləşdirilməsi təşəbbüsləri haqqında məlumat aldıq. Görülən işləri hökumət açıqlaya bilər, amma biz bu istiqamətdə gərgin fəaliyyəti müşahidə etdik. Biz birbaşa və yaxud törəmə müəssisələrimiz, tərəfdaşlarımız vasitəsilə bu prosesin bir hissəsi olmaq istəyirik. Hökumətin bu cür səyləri bizim kimi investorları gələcəyə nikbin baxmağa vadar edir", - deyə o qeyd edib. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.