"Level Leasing” ASC-nin səhmlərinin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 17 iyul 2024-cü il tarixində yekunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Birja məlumat yayıb.
Səhmlərə 4 investor 4 sifariş təqdim edib və tam həcmdə yerləşdirilib.
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Level Leasing” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdi.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Level Leasing” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025530
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 100,000 (ədəd)
İlkin ticarət qiyməti: 0.50 manat
Buraxılış həcmi: 50,000 manat
Hərrac qiyməti: 0.50 manat
Reallaşdırılmış həcm: 50,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 50,000 manat
İnvestor sayı: 4
Sifariş sayı: 4
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.