16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC 95 min manatlıq səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (12-16 fevral, 2024)
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Adi, adlı, sənədsiz səhmlərin sayı 950 ədəd, qiyməti 100 manatdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.