16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
"Legion Financial” şirkətinin səhmləri listinqə - DAXİL EDİLİB
FED.az xəbər verir ki, 26 fevral 2024-cü il tarixində "Legion Financial” ASC -nin ümumi dəyəri 95 000 (doxsan beş min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Adi, adlı, sənədsiz səhmlərin sayı 950 ədəd, hər birinin nominal dəyəri 100 manatdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.