18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-nin ümumi dəyəri 196 min manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki, 26 yanvar 2024-cü il tarixində "Konstromat" ASC-nin ümumi dəyəri 196 min manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Qeyd edilib ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İnvestisiya Şirkəti” QSC -dir.
Yerləşdirmə uğurla yekunlaşarsa "Konstromat" ASC-nin nizamnamə kapitalı 4 min manatdan 200 min manata yüksələcəkdir.
Qeyd edək ki, "Konstromat" ASC Norm sement zavodunun distributorudur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.