“Kapital Bank” 100 milyon manat civarında manat istiqrazları buraxmağı planlaşdırır.
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
FED.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib.
O, qeyd edib ki, istiqrazların ilkin tranşı 50 milyon manat, faiz dərəcəsi 10% təşkil edəcək. İstiqraz buraxılışı daha sonra bazarın davranışına uyğun tənzimlənəcək.
“Əhalinin “Kapital Bank”ın istiqrazlarına marağı yüksəkdir. Bunu dollar istiqrazları üzrə də müşahidə etdik. Dollar istiqrazlarının 82%-i fiziki şəxslər tərəfindən əldə edildi”- Fərid Hüseynov əlavə edib.
Qeyd edək ki, “Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit poetfelinin həcmi 184 milyon manat civarındadır. (Apa)