"Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazlarının Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 iyun 2024-cü il tarixində yekunlaşmışdır.
“PAŞA Kapital” ”Kapital Bank”ın 50 milyon manat həcmində istiqrazlarını - BİRJAYA YERLƏŞDİRDİ
FED.az Birjaya istinadən xəbər verir ki, istiqrazlara 32 investor 32 sifariştəqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qeyd edək ki, istiqrazlar subardinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005158
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 300,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 30,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 100 ABŞ dolları
Reallaşdırılmış həcm: 30,000,000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 30,000,000 ABŞ dolları
İnvestor sayı: 32
Sifariş sayı: 32
İstiqrazların ödəmə tarixi: 24.06.2031
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC