26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazlara 161 investor tərəfindən 30 milyon manatlıq 171 sifariş təqdim olunub. İstiqrazlar tam həcmdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013005155
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 300 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 30 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 100 ABŞ dolları
Reallaşdırılmış həcm: 30 000 000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 30 000 000 ABŞ dolları
İnvestor sayı: 161
Sifariş sayı: 171
İstiqrazların ödəmə tarixi: 26.09.2031
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC