"Kapital Bank” ASC-nin buraxılış həcmi 50 milyon manat olan istiqrazlarının Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 27 iyun 2024-cü il tarixində yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, istiqrazlara 39 investor tərəfindən 39 sifariş verilib və tam şəkildə yerləşdirilir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2011005157
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 500,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 50,000,000 manat
İllik gəlirlilik faizi: 10%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 1 il
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 50,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 50,000,000 manat
İnvestor sayı: 39
Sifariş sayı: 39
İstiqrazların ödəmə tarixi: 27.06.2025
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC